[Yol] (исполнитель: [H.O.S.T])

Biz göydələnlərin damından dərərik ulduzları yarpaq kimi..
Biz qaçarıq, uçarıq, aya biz sancarıq köynəkləri bayraq kimi..
Bizi silsinlər tarixdən, bizə boz səhifədən daha xoşdur bəyaz səma..
Bizi gözləyir dənizlər, adalar, gəmilər, ləpələr, uzaq limanlar..
Unudaraq adımızı, soy adımızı, ünvanımızı, dərslərimizi,
unudaraq nömrələri, küçələri, ölkələri, unudarıq hamısını..

Üz, qaç, uç, keç sərhədləri.. Düz get, düz, dərə-təpələri..
Kaş bilsək, nələr gözləyir, kimlər gözləyir bizi, harada gözləyir.. (2)

Yol uzun, gücüm az, ev uzaq, hava buz..
Amma tek deyiləm, yanımda dostlar..
Əgər bu nöqtədə olacaq sonumuz,
Onu çox asan vergül eləmək olar..
Qorxma, artıq hər şey geridə,
Bakı öz dərdləri ilə çürüsün..
Bizi gözləyir yeni ümidlər,
Yaşasın dirilər, ölülər ölsün..
Aç qanad, çırp qanadlarını, buralardan, tənha adalara..
Sal məskən, yığ dostlarını oralara, tənha adalara, dost!!

Üz, qaç, uç, keç sərhədləri.. Düz get, düz, dərə-təpələri..
Kaş bilsək, nələr gözləyir, kimlər gözləyir bizi, harada gözləyir.. (3)

Sən bacararsan hər şeyi, sən bacararsan hər şeyi,
Əgər istəsən, sən istəsən. (3)

Üz, qaç, uç, keç sərhədləri.. Düz get, düz, dərə-təpələri..
Kaş bilsək, nələr gözləyir, kimlər gözləyir bizi, harada gözləyir..
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
History amore  Алекс индиго хочу  Течет речка по песочку  Mama lion  Моя первая и последняя  Такси Группа УГОЛОВНАЯ АКАДЕМИЯ  Будь со мною шахзода  Гомерляр зая 
О чем песня
[H.O.S.T] - [Yol]?
2020 © Tekstovoi.Ru Тексты песен