[Guc var] (исполнитель: [H.O.S.T|Qaraqan])

Məni bağışla, padre... qaranlıq altar 
Pərdə arxasından etiraflarımı dinlə 
Müqəddəs ata, bu kilsədə danışacam sirlərimi ilk dəfə (ilk dəfə)
23 ili geridə qoydum
Neçə səhifə sətirlərimlə doldu
Vərəqlər oldu- şeirlər və etiraf
Etiraz deyil musiqi, artıq ehtiras
Oldu, sevənlər də oldu, tərk edənlər də
Oldu çətin sabahlar da, çətin dünənlər də
Neçə sərkərdəni itirdik bu yolda
Neçə tanımadığım adam oldu doğma
Çiyin-çiyinə biz qalxdıq bu səhnəyə
Bu pərdələr bildi, nədi düz söz və qarğalar
Bu qanadlar, çiyinlər, sətirlər, beyinlər
H.O.S.T-çular , gənclər , həyat tərzi və geyimlər
Biz dəyişdik, nə qədər çatdı gücümüz
Biz bunu bacardıq, bəs nəyi bacardınız siz?
Biz çatdırdıq, nə qədər çatdı sözümüz
Yaralandıq, ama çökmədi dizimiz!

Güc var- olsa da yol uzun
Güc var- [bad word] Yol tap- azad və sərhədsiz
Dostlar QARANLIĞIMA XOŞ GƏLDİNİZ !!!

23 ili geridə qoydum, neçə günahım, neçə səhvlərim oldu
Padre, həyat oyundu, həyat gülməlidi
Padre, hamı bilir ki, Romeo ölməlidi
Padre, mən dəyişmişəm artıq qolumda güc
Qələm var əlimdə, mənə lazım deyil ülgüc
Mən lazım deyil düz nədi, səhv hanı 
Mən özüm öz həyatımın rəssamı
Dərs alır, hər uduzanda döyüşçü
Yıxılır, [bad word]  yenə yıxılır, sürünür
Zərbələr, hər dəfə ağrılar azalır
Güc alır, hər dəfə yıxıldıqca güc alır
İtir qorxu gözündən,inanır özünə
O artıq dözə bilir, nə gəlirsə dözülməz
Və mənə dərs olur çəkdiyim dərdlərim
Mənim həyatım mənim qaralama dəftərim

Güc var- olsa da yol uzun
Güc var- [bad word] Yol tap- azad və sərhədsiz
Dostlar QARANLIĞIMA XOŞ GƏLDİNİZ !!!
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
Солнце в укусах  Rooftops Jesus Culture  Dada life happy violence (original mix)  Buddy Guy Watch Yourself  Нян кет  Attic  Buddy Guy What Kind of Woman Is This  Солнце любви твоей 
О чем песня
[H.O.S.T|Qaraqan] - [Guc var]?
2020 © Tekstovoi.Ru Тексты песен